AZ

AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.Bu barədə AZAL- dan məlumat verilib.
 
Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Bu ilin I yarısında AZAL-ın sərnişinlərinin sayında illik müqayisədə beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
44
anews.az

10Mənbələr