AZ

Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər - 1,4 MİLYON MANATA ÇATIR

 Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 56  milyon 273 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 162 min manat və ya 0,3% çoxdur.

2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 56 milyon 111 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 1 milyon 382 min manat təşkil edib ki, bu da illik müqayisədə 796 min manat və ya 37 % azdır.

Keçən ilin eyni dövründə 2 milyon 178 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.

Seçilən
62
2
fed.az

8Mənbələr