AZ

Azərbaycanda icbari sığorta üzrə ödənişlər - 55 MLN. MANATA ÇATIR

 Azərbaycanda cəmi  icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 161 milyon 866 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 98 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-may aylarında bu göstərici 155 milyon 768 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 54 milyon 521 min manat təşkil edib ki, bu da illik müqayisədə 13 milyon 425 min manat və ya 33% çoxdur.

Keçən ilin eyni dövründə 41 milyon 96 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 34% təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

2023-cü ilin yanvar-may aylarının göstərcilərinə əsasən zərərlilik 26% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
fed.az

7Mənbələr