AZ

Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər - 1 MİLYON MANATI KEÇDİ

 Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 53  milyon 729 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 960 min manat və ya 2% çoxdur.

2023-ci ilin yanvar-may aylarında bu göstərici 52 milyon 769 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 1 milyon 145 min manat təşkil edib ki, bu da illik müqayisədə 267 min manat və ya 30 % çoxdur.

Keçən ilin eyni dövründə 878 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
fed.az

7Mənbələr