Xaçmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.
Referans.az APA-ya istinadən bildirir ki, hadisə zamanı evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
Hazırda fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta