AZ

Xaçmazda evdə partlayış olub: Biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb

Xaçmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və iki yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

(apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
17
avtosfer.az

10Mənbələr