AZ

Tokayevin COP29-da iştirakı gözlənilir - Səfir

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçiriləcəkCOP29 konfransında iştirakı gözlənilir.

Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim BayelAzərbaycan-Qazaxıstan turizm forumunda deyib.

"Qazaxıstan və Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir.Dövlətlərimizin başçıları arasında siyasi dialoq bunun təminatıdır.Prezidentlər tez-tez görüşlər keçirir və qarşılıqlı səfərləredirlər. Prezidentimizin Bakıda keçiriləcək COP29-da iştirakınıgözləyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
79
3
az.trend.az

10Mənbələr