İlon Mask 2025-ci ildə insanabənzər robotlar istehsal edəcək
Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, onun elektrik avtomobil istehsalçısı "Tesla" 2025-ci ildə daxili istifadə üçün insanabənzər robotlar istehsal etməyə başlayacaq.Missiya.Az xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində məlumat yayıb.Qeyd edək ki, Maskın rəhbərlik etdiyi Amerika şirkəti "Tesla Motors" 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların yaradıcısı və istehsalçısı kimi təsis edilib. Şirkət elektromobillərlə yanaşı, öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri də istehsal edir.Leyla SƏMƏNDƏRMissiya.Az