AZ

İlon Mask oğlunun cinsiyyətindən danışıb

Amerikalı sahibkar və Tesla, SpaceX, Neuralink və X (Twitter) şirkətlərinin rəhbəri İlon Mask aldadılaraq oğlu Xavierə cinsi yetkinlik blokatorların təyin edilməsibarədə  sənədə imza atdırdıqlarını  bildirib. O, bu barədə "The Daily Wire” nəşrinə müsahibəsində bildirib.

Maskın sözlərinə görə, həkimlər intihar riskini əsas gətirərək dərmanları yazıblar, lakin blokatorların sterilizasiya vasitəsi olması barədə heç kimə məlumat verməyiblər.
 
Bundan sonra Mask indi özünü Vivian Jenna Wilson adlandıran oğlu Xavyeri "itirdiyini” deyib.

"Oğlum Xavier əslində ölüb, o, wokisma virusu tərəfindən öldürülüb", - milyarder deyib.

Maskın sözlərinə görə, yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətin dəyişdirilməsi ideologiyasını dəstəkləyən və təbliğ edən insanlar həbsxanada olması lazım olan cinayətkarlardır.

Bu, Maskın yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsi ideologiyasına qarşı ilk çıxışı deyil.
 
Məsələn, bu yaxınlarda o, uşaqlarda yetkinlik blokatorlarının  istifadəsinə qarşı çıxan ingilis yazıçısı JK Roulinqi dəstəkləyərək, bir çox yeniyetmələrin yetkinlik dövründə şəxsiyyət böhranı yaşadığını qeyd edib.
 
Eyni zamanda, Roulinq hesab edir ki, bu, uşaqlara sterilizasiya üçün dərman verməyə səbəb deyil.

Daha əvvəl Mask Tesla-nın insanabənzər robotlar istehsalına nə vaxt başlayacağını deyib. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
86
21
anews.az

10Mənbələr