EN

İlon Mask 2025-ci ildə insanabənzər robotlar istehsal edəcək

 Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, onun elektrik avtomobil istehsalçısı "Tesla" 2025-ci ildə daxili istifadə üçün insanabənzər robotlar istehsal etməyə başlayacaq.Missiya.Az xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində məlumat yayıb.Qeyd edək ki, Maskın rəhbərlik etdiyi Amerika şirkəti "Tesla Motors" 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların yaradıcısı və istehsalçısı kimi təsis edilib. Şirkət elektromobillərlə yanaşı, öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri də istehsal edir.

Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
68
21
missiya.az

10Sources