Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Belə ki, yeraltı təkanlar Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss edilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 22-də yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.