AZ

SosialZəlzələ nəticəsində dağıntı baş verib? - RƏSMİ AÇIQLAMA

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***12.18

Gürcüstanda baş verən 4,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Azərbaycanın rayonlarında da hiss olunub.

BAKU.WS xəbər verir ki, bu Seysmoloji mərkəzdən məlumat verilib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. 

BAKU.WS

Seçilən
136
25
far.az

10Mənbələr