AZ

Patrik Vieyra baş məşqçi postundan getdi

Patrik Vieyra "Strasburq"un baş məşqçisi postunu tərk edib. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
 
Fransa millisi ilə dünya və Avropa çempionu olan 48 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan Liqa 1 təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 38 oyun keçirib - 13 qələbə, 9 heç-heçə və 16 məğlubiyyət.
 
Qeyd edək ki, 2023/24 mövsümündə "Strasburq"  Liqa 1-in  turnir cədvəlində 13-cü yeri tutub.

Seçilən
60
4
sport24.az

9Mənbələr