AZ

Patrik Vieyra “Strasburq”dan ayrıldı

Fransalı futbol mütəxəssisi Patrik Vieyra Fransa Liqa 1 təmsilçisi “Strasburq”un baş məşqçisi vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fransa millisi ilə dünya və Avropa çempionu olan 48 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan “Strasburq”u çalışdırırdı. Komanda onun rəhbərliyi altında 38 oyun keçirib. Bu oyunlarda 13 qələbə, 9 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.

“Strasburq” Liqa 1-in 2023/2024 mövsümündə 13-cü yeri tutub.

Xatırladaq ki, Patrik Vieyra daha öncə “Kristal Pelas”, “Nyu-York Siti” və “Nitsa”ya da rəhbərlik edib. O, həmçinin “Mançester Siti”nin gənclərdən ibarət komandasını çalışdırıb.

Seçilən
63
7
arena.az

9Mənbələr