Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Korrespondent.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə hazırda:
1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.