AZ

Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirildi

Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıb.

Bağlanış "Stad de Frans"da reallaşıb.

Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
21
publika.az

10Mənbələr