AZ

Gürcüstan Prezidenti xarici agentlər haqqında qanuna qarşı iddia qaldırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili əvvəllər qəbul edilmiş xarici agentlər haqqında qanuna qarşı Konstitusiya Məhkəməsinə iddia qaldırıb. 

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə prezidentin parlament katibi Georgi Msxiladze bildirib.   “Gürcüstan prezidenti ilk dəfə olaraq “Rusiya qanunu” adlanan xarici təsirin şəffaflığı haqqında qanunla bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət edir", - Msxiladze bildirib.

Xatırladaq ki, Gürcüstan parlamenti küçə etirazlarına baxmayaraq, mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Prezident Zurabişvili mayın 18-də qanuna veto qoyub və onu “Rusiya” və “konstitusiyaya zidd” adlandırıb.

Parlamentin spikeri Şalva Papuaşvili iyunun 3-də qanunu imzalayıb və izah edib ki, Gürcüstan Ədliyyə Nazirliyi 60 gün ərzində lazımi normativ sənədləri işləyib hazırlayacaq və təşkilatlar üçün elektron portal yaradacaq. Bundan sonra əhəmiyyətli xaricdən maliyyələşən təşkilatlar portalda qeydiyyatdan keçərək 2023-cü il üçün maliyyə fəaliyyətlərini bəyan etməli olacaqlar. Xarici agentlər haqqında qanunun qəbulu Qərb ölkələrində narazılığa səbəb olub. ABŞ və Avropa İttifaqı Gürcüstanla münasibətlərə yenidən baxılacağını açıqlayıb. ABŞ artıq planlaşdırılan hərbi təlimləri ləğv edib, Avropa İttifaqı isə Gürcüstan Müdafiə Nazirliyinə ayrılan maliyyəni dondurub.  

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
47
redaktor.az

10Mənbələr