Tayvan adası ətrafında 66 Çin hərbi təyyarəsi aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarələrdən 56-sı “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” olaraq elan edilən əraziyə daxil olub. Həmçinin təyyarələrdən əlavə 7 gəminin də göründüyü vurğulanıb.
Qeyd edək ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.