“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.
O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı.
Qeyd edək ki, Almaniya millisi AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub və turnirlə vidalaşıb – 1:2.