Demokrat.az xəbər verir ki, bunu Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova "Report"a deyib.
O bildirib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır: “Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur”.
N.Xəlilova əlavə edib ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkminləşdirmə işlərinin aparılması nəzərdə tutulub: “Mövcud uçuş enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq”.
Onun sözlərinə görə, görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlib ki, bu da öz növbəsində regionun inkişafına, onun qlobal iqtisadiyyata inteqrasiyasına, həmçinin regional əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
anspress.comXocalı Hava Limanında təkmilləşdirmə işləri aparılacaq ( 8490599)
-
ekologiya.azXocalı Hava Limanı region üçün böyük strateji əhəmiyyətə malikdir - Nərmin Xəlilova (FOTO) ( 8490062)
-
oxu24.comXocalı Hava Limanı ilə bağlı YENİ AÇIQLAMA ( 8483675)
-
avtosfer.azXocalı Hava Limanı region üçün böyük strateji əhəmiyyətə malikdir ( 8482796)
-
olke.azXocalı aeroportunun eniş zolağı böyüdülür, ərazisi isə... ( 8482598)
-
patrul.az"Xocalı Hava Limanının uçuş enmə zolağı genişləndiriləcək" - Rəsmi ( 8482529)
-
publika.azXocalı Hava Limanı ilə bağlı YENİ AÇIQLAMA ( 8482226)
-
demokrat.az"Xocalı Hava Limanı region üçün böyük strateji əhəmiyyətə malikdir" — FOTOLAR ( 8482100)
-
aznews.azNərmin Xəlilova: Xocalı Hava Limanında görüləcək işlər bölgənin inkişafına töhfə verəcək - FOTO ( 8481998)
-
bakivaxti.azXocalı aeroportunun eniş zolağı böyüdülür, ərazisi isə... ( 8481392)