AZ

Xocalı Hava Limanı ilə bağlı YENİ AÇIQLAMA

"Qarabağ və Şərqi Zəngəzurda dördüncü olan Xocalı Hava Limanı ölkəmiz, xüsusən də region üçün böyük strateji əhəmiyyətə malikdir".

OXU24.COM xəbər verir ki, bu barədə hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova AZƏRTAC-a məlumat verib.

O deyib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq.

Görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlib ki, bu da öz növbəsində regionun inkişafına, onun qlobal iqtisadiyyata inteqrasiyasına, həmçinin regional əlaqələrin möhkəmlənməsinə əlavə töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
45
oxu24.com

10Mənbələr