AZ

Naxçıvanda Vergi Ödəyicilərinə Xidmət mərkəzləri tərəfindən altı ayda 23 minə yaxın xidmət göstərilib

Naxçıvanda

Naxçıvan, 8 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında, ümumilikdə, 19 min 49 şəxs qəbul edilib.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, strukturlar tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 24 min 485 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə 199 min 769 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 48 görüş keçirilib, 348 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2533 müraciət üzrə 4626 “ASAN İmza” sertifikatı verilib.

Birinci yarımildə Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 17 min 683 şəxs qəbul edilib və onlara 22 min 922 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

 

Seçilən
98
5
azertag.az

10Mənbələr