AZ

Cari ildə Naxçıvanda 4 mindən çox Asan İmza sertifikatı verilib

Cari

Naxçıvan, 10 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 16 min 518 şəxs qəbul edilib.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 21 min 395 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Yanvar-may ayları ərzində vergi ödəyicilərinə 195 min 807 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı xidmət göstərilib, 2239 müraciət üzrə 4098 Asan İmza sertifikatı verilib.

Bu ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə, 15 min 345 şəxs qəbul edilib və onlara 20 min 46 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
azertag.az

5Mənbələr