AZ

BiznesNaxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında 5 ayda 16 518 şəxs qəbul edilib

Bu ilin yanvar-may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında 16 518 şəxs qəbul edilib.

“Report” quruma istinadən xəbər verir ki, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 21 395 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

5 ərzində vergi ödəyicilərinə 195 807 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı xidmət göstərilib, 2 239 müraciət üzrə 4 098 Asan İmza sertifikatı verilib.

Bu ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərində 15 345 şəxs qəbul edilib və onlara 20 046 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
far.az

5Mənbələr