AZ

Bakıda ağır qəza: İki avtomobili əzən sürücü maşını aşırdı - ANBAAN GÖRÜNTÜLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün gecə saatlarında Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu. Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusunu cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə bu gün saat 01:54-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
"Hadisəyə "Mercedes" markalı 77-BB-123 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə həmin avtomobil digər iki nəqliyyat vasitəsinə çırpılıb və sonda aşıb.
Hadisə nəticəsində "Mercedes"də olan iki sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.
Əzizə İsmayılova
Seçilən
235
50
oxu.az

10Mənbələr