AZ

Şimali Koreya Cənubi Koreyanın real döyüş sursatı ilə keçirdiyi hərbi təlimə reaksiya verib

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində real döyüş sursatından istifadə edilən təlimi "intihar isteriyası" kimi təsvir edərək Seula reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Son zamanlar sərhəd bölgələrində həqiqi sursatla hərbi təlimlər keçirən Seulu "gərginliyi qəsdən artırmaqda" günahlandıran Kim deyib: "Əsl sual, düşmənin niyə sərhədə yaxın bir bölgədə belə döyüş təlimlərinə başladığıdır".

Cənubi Koreya hökumətinin gərginliyi artıraraq "daxili siyasət böhranından" qaçmaq istədiyini iddia edən Kim, "bizim suverenliyimizi pozduqlarını və müharibə elanına bərabər addımlar atdıqlarını qiymətləndirsək, silahlı qüvvələrimiz səlahiyyətlərini dərhal yerinə yetirəcək",- deyə bildirib.

Digər tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən bölgədə real sursatdan istifadə edilən təlimlərin proqram çərçivəsində davam etdiriləcəyini açıqlayıb.

Cənubi Koreya hökumətin 2018-ci ildə imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra iyulun 2-də Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda ilk dəfə real sursatla təlim keçirib.

İyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları 7 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə təlim keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
operativmm.az

10Mənbələr