AZ

“Cənubi Koreyanın bu hərəkəti intihar isteriyasıdır”- Jonq

Şimali Koreya başçısı Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində real döyüş sursatından istifadə edilən təlimi “intihar isteriyası” adlandıraraq rəsmi Seula reaksiya verib.

Kim Yo-jonq xəbərdarlıq edib ki, “Təxribatlar davam edərsə, rəsmi Pxenyan hərbi addımlar atacaq”.

Son zamanlar sərhəd bölgələrində həqiqi sursatla hərbi təlimlər keçirən Cənubi Koreyanı “gərginliyi qəsdən artırmaqda” günahlandıran Kim deyib: “Əsl sual düşmənin niyə sərhədə yaxın bir bölgədə belə döyüş təlimlərinə başladığıdır. Bu, intihar isteriyasıdır və ona görə də dəhşətli bir fəlakətə dözmək məcburiyyətində qalacaqlar.

Cənubi Koreya hökuməti gərginliyi artıraraq “daxili siyasət böhranı”ndan qaçmaq istəyir. Bizim suverenliyimizi pozduqlarını və müharibə elanına bərabər addımlar atdıqlarını nəzərə alsaq, silahlı qüvvələrimiz konstitusiyamızın onlara verdiyi səlahiyyətləri dərhal yerinə yetirəcəklər”.

Digər tərəfdən, Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən bölgədə real sursatdan istifadə edilən təlimlərin proqram çərçivəsində davam etdiriləcəyini açıqlayıb.

Cənubi Koreya hökumətin hərbi gərginliyi azaltmaq məqsədi daşıyan 2018-ci ildə imzalanmış Koreyalararası Müqaviləni dayandırmasından sonra 2024-cü il iyulun 2-də Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda ilk dəfə real döyüş sursatı ilə təlim keçirib.

Xatırladaq ki, iyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Donanmasının dəniz piyadaları 7 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə hərbi manevrlər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
veteninfo.az

7Mənbələr