AZ

Şimali Koreya Cənubi Koreyaya xəbərdarlıq edib

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində real sursatdan istifadə edərək həyata keçirdiyi təlimi “intihar isteriyası” kimi xarakterizə edib.

Bakıvaxtı.az Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim Yo-jonq təxribatların davam edəcəyi təqdirdə Pxenyanın hərbi addımlar atacağı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Cənubi Koreya gərginliyi qəsdən artırmağa çalışır:

"Düşmənin sərhədə yaxın bir bölgədə döyüş təlimləri keçməsi intihar isteriyasıdır. Cənubi Koreya suverenliyimizi pozarsa, silahlı qüvvələrimiz öz səlahiyyətlərini dərhal yerinə yetirəcəklər".

Qeyd edək ki, Cənubi Koreya hökumətin hərbi gərginliyi azaltmaq məqsədi daşıyan 2018-ci ildə imzalanmış Koreyalararası Müqaviləni dayandırmasından sonra iyulun 2-də Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda ilk dəfə real döyüş sursatı ilə təlim keçirib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
bakivaxti.az

4Mənbələr