AZ

Evi qanunsuz sökülən qadınla bağlı yeni xəbər

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.

Bunu “Qafqazinfo”ya açıqlamasında zərərçəkmiş Afət Quliyevanın özü deyib.

O bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub. A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb.

Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, “İbrahim-Q” MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
2
qafqazinfo.az

10Mənbələr