AZ

Amerika Kuboku: Uruqvay 3-cü oldu

Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəlib.

Sportnet.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Şarlott şəhərinin “Bank of Amerika” stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıb: artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb: 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb: “El Pistolero” Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb – 3:4.

Beləliklə, Uruqvay milli futbol komandası Amerika Kubokunun üçüncüsü olub.

Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
8
sportnet.az

10Mənbələr