AZ

Uruqvay millisi Amerika Kubokunda üçüncü yeri tutdu

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş futbol üzrə Amerika Kubokunda üçüncü yer uğrunda oyun keçirilib.

Arena.az xəbər verir ki, bürünc medallar uğrunda matçda Kanada və Uruqvay yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Birləşmiş Ştatların Şarlott şəhərinin “Bank of Amerika” stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıblar. Artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb. 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb. “El Pistolero” Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb – 4:3.

Beləliklə, Uruqvay milli komandası 2024-cü ilin Amerika Kubokunda üçüncü yeri tutub.

Qeyd edək ki, Amerika Kubokunun final qarşılaşması iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 04:00-da start veriləcək.

Amerika Kuboku
Üçüncü yer uğrunda oyun

14 iyul

Kanada – Uruqvay 2:2 (penaltilər 3:4)
Qollar: İsmael Kone, 22. Jonatan David, 80 – Rodriqo Bentankur, 8. Luis Suares, 90+2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
8
arena.az

10Mənbələr