AZ

MSK daha 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçiriləniclasında YAP-dan əlavə, altı siyasi partiyanın 2024-cü ilsentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənarseçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlımüraciətlərinə baxılıb.

Trend xəbər verir ki, MSKsentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri iləəlaqədar Ümid Partiyasının, Böyük Quruluş Partiyasının, Demokratikİslahatlar Partiyasının, Ana Vətən Partiyasının, MüsavatPartiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətlinümayəndələrini qeydə alıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

MSK bundan əvvəl Respublikaçı Alternativ (REAL) Partiyasının, AğPartiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətlinümayəndələrini qeydə alıb.

Məqalədə:
Seçilən
62
38
az.trend.az

10Mənbələr