AZ

İranda prezident seçkilərinin ikinci turu başa çatıb

İranın seçki qərargahının nümayəndəsi Möhsün Eslami IRIB telekanalının efirində bildirib ki, ölkədə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

“Səsvermə vaxtı başa çatıb. Bu, seçki kampaniyasının başa çatması deməkdir”, – TASS onun sözlərini sitat gətirir.

Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayır.

İran prezidentliyinə mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan iddialıdır. Birinci turda onların heç biri 50%-dən çox səs toplaya bilməyib. 

İyunun 29-da İran Daxili İşlər Nazirliyi iyulun 5-də prezident seçkilərinin ikinci turunu elan edib.

Mənbə TASS

Seçilən
99
50
dogru.az

10Mənbələr