AZ

Messi penaltini vura bilmədi, Argentina qazandı - VİDEO

Amerika Kuboku çərçivəsində keçirilən Argentina - Ekvador matçında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.

Argentinalı ulduz futbolçu penaltilər seriyasında Panenka zərbəsi vurmağa çalışsa da, top qapı tirinə dəyərək meydanı tərk edib.

Buna baxmayaraq, Argentina qələbə qazanaraq yarımfinala adlamağı bacarıb.

Messinin əzəli rəqibi, Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo da bir neçə gün öncə AÇ-2024-ün 1/8 finalında Sloveniyaya qarşı matçda penaltini vura bilməyərək gündəm olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
sportinfo.az

10Mənbələr