AZ

Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq

"Baş nazir Viktor Orbanın Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna böhranının həlli yollarının tapılmasına töhfə verəcək". 

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. 

"Danışıqlar nə qədər tez başlasa, bir o qədər tez atəşkəs olacaq və bir o qədər az insan öləcək. Bu, çox açıq müzakirə idi və məncə, bu müharibənin həlli baxımından faydalı olacaq", - Siyarto qeyd edib. 

Qeyd edək ki, Putin və Orban arasında danışıqlar iyulun 5-də Kremldə baş tutub və iki saat yarımdan çox davam edib. Macarıstan Baş nazirinin səfəri Qərb liderinin 2022-ci ilin aprelindən bəri Rusiyaya ilk səfəri olub və səfər Budapeştin təşəbbüsü ilə baş tutub.

Seçilən
111
50
operativmedia.az

10Mənbələr