AZ

Ukrayna bu iki ölkəni şantaj edir

Ukrayna Rusiya neftinin tranzitini dayandırmaqla, Kiyevlə üst-üstə düşməyən mövqelərinə görə Macarıstan və Slovakiyanı şantaj edir.

Publika.az xəbər verir ki, Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas belə deyib.

"Ukrayna ardıcıl olaraq atəşkəs və sülh danışıqlarının başlanmasının tərəfdarı olan iki ölkəni - Macarıstan və Slovakiyanı şantaj edir", - Qulyas hökumət brifinqi zamanı vurğulayıb.

Bundan əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto “Drujba” neft kəməri ilə “Lukoyl”un Ukrayna ərazisindən neft nəqlinin dayandırıldığını bəyan edib. Slovakiyanın İqtisadiyyat Nazirliyi Kiyevin öz ərazisindən tranziti dayandırması səbəbindən ölkənin neft ala bilmədiyini təsdiqləyib.

Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası zamanı Sziyarto bildirib ki, Macarıstan və Slovakiya Rusiya Federasiyasından neft tranzitinin dayandırılması ilə əlaqədar AK və Ukrayna arasında məsləhətləşmələrə başlayıb və nəticə əldə olunmasa, hüquqi proses başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
publika.az

10Mənbələr