AZ

Orban Moskvaya "sülh missiyasını" davam etdirmək üçün gəldiyini söyləyib

Macarıstanın baş naziri Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Moskvaya gəldiyini bildirib. Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial platformasında yazıb. "Sülh missiyası davam edir. Növbəti dayanacaq Moskvadır", - deyə o qeyd edib. Daha əvvəl hökumət başçısının mətbuat katibi Bertalan Havasi bildirib ki, Macarıstanın baş naziri Moskvaya gedib və orada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırır. Cümə günü "Kossuth" radiosunun səhər proqramında danışan Orban münaqişə tərəflərini - Ukrayna və Rusiyanı "atəşkəs və sülh danışıqları ilə yekunlaşa biləcək uzun bir yol qət etmək üçün" birlikdə işləmək zərurətinə inandırmaq istədiyini söyləyib. İyulun 2-də Macarıstanın baş naziri Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarını hazırlamaq üçün müvəqqəti atəşkəs imkanını nəzərdən keçirməyi təklif edib. Bu təşəbbüs Ukrayna tərəfindən rədd edilib. Zelenski "Bloomberg"ə müsahibəsində deyib ki, “yalnız atəşkəsdən danışmaq olmaz” və belə bir təklif yalnız “başa düşülən beynəlxalq platformada” liderlərinə etimad edilən ölkələrin iştirakı ilə müzakirə edilə bilər. Onun fikrincə, aydın gələcək planı olmayan atəşkəs münaqişənin sona çatması deyil, dondurulması demək olardı. Kiyevə səfərindən sonra Orban bildirib ki, Zelenski ilə apardığı danışıqların nəticələri barədə Avropa İttifaqı liderlərini məlumatlandırmaq niyyətindədir. Macarıstan ilin ikinci yarısında Aİ Şurasına sədrlik edir. Eyni zamanda, Avropa Şurasının rəhbəri Şarl Mişel Orbanın Moskvaya səfəri ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib ki, Aİ Şurasında icra olunan Macarıstanın sədrliyi Avropa Birliyi adından Rusiya ilə əlaqə qurmaq mandatına malik deyil. Orban da öz növbəsində qeyd edib ki, Macarıstanın belə bir mandata ehtiyacı yoxdur, çünki o, öz adından çıxış edir. Qadir, Bizimyol.info

Seçilən
138
25
bizimyol.info

10Mənbələr