AZ

Lukaşenko Çinin Ukrayna böhranının həlli təşəbbüsünü dəstəkləyib

Belarus Çinin Ukraynadakı münaqişə ilə bağlı sülh planını dəstəkləyir.

APA “BELTA”ya istinadən xəbər verir ki, bunu iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Çin lideri Si Cinpinlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz sizin bütün təşəbbüslərinizi qətiyyətlə dəstəkləyirik. Xüsusilə əsas təşəbbüs - Ukrayna böhranının həlli. Bu təşəbbüs Braziliyanın təşəbbüsü ilə üst-üstə düşür”, - Lukaşenko vurğulayıb.

Seçilən
184
50
apa.az

10Mənbələr