AZ

Ərdoğan Lukaşenkonu tərifləyib: "Görürəm ki..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtında keçirilən ŞƏT sammiti çərçivəsində Belarus lideri Aleksandr Lukaşenko ilə söhbəti zamanı onu tərifləyib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan həmkarının fiziki formasının yaxşı olduğunu qeyd edib.


“Görürəm ki, yaxşı formadasınız”, - Türkiyə prezidenti deyib. 

 

“Çalışıram, bizim başqa seçimimiz yoxdur”, - deyə Belarus dövlətinin başçısı əlavə edib.

 

Qeyd edək ki, danışıqlardan olan video Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul Pervogo” Telegram kanalında yayımlanıb.

 

İnci 
 

Seçilən
156
18
sfera.az

10Mənbələr