AZ

Xırdalanda 34 yaşlı qadın bıçaqlandı: Əri saxlanıldı

Abşeronda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Qadının hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebhe.info"

Seçilən
123
16
cebheinfo.az

10Mənbələr