AZ

Abşeronda 34 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı

Abşeronda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Qadının hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanlıb, araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
5
iqtisadiyyat.az

10Mənbələr