AZ

"Telegram"da problemlər yarandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyulun 2-də axşam saatlarında bütün dünyada istifadəçilər "Telegram"da problemlərlə üzləşiblər.
Məlumata görə, mesencer düzgün işləməyib, mesajların və media fayllarının yüklənməsi çox vaxt aparıb.
İnsanlar mesajların və şərhlərin yüklənməsi ilə bağlı problemlərdən şikayətləniblər. Bəzi hallarda onları göndərmək və oxumaq mümkün olmayıb.
"Downdetector" portalının məlumatına görə, dünyanın müxtəlif yerlərində istifadəçilər oxşar problemlər yaşayırlar. Ən çox narazılıq ABŞ, Rusiya və Avropanın sakinlərindən gəlib, lakin Braziliya, Argentina və Misirdən də şikayətlər var.
"Telegram" nümayəndələri fəaliyyətdəki problemlərə münasibət bildirməyiblər.
Mənbə: championat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
49
oxu.az

10Mənbələr