AZ

Alla Puqaçovanın şok qərarı: Ulduz ailəsi ilə ünsiyyətdən imtina etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məşhur rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə münasibətlərinin pozulması səbəbindən ailəsi ilə əlaqəni kəsib".
Bu barədə Rusiyanın tanınmış şoumeni Stas Baretski bildirib.
Onun sözlərinə görə, məhz o, primadonnaya müvəqqəti olaraq qohumları ilə ünsiyyətdən imtina etməyi təklif edib.
"Qalkinlə münasibətlərin pozulması fonunda qohumlarla müvəqqəti ünsiyyətdə olmamağı Alla Borisovnaya mən məsləhət gördüm. Həmçinin bu münaqişə fonunda bir çox hüquqi məsələlər yarana bilər. Bildiyimə görə, Puqaçova bütün bunların təşəbbüskarıdır, Qalkin isə buna mane olur", - deyə Baretski izah edib.
Şoumen vurğulayıb ki, belə dövrlərdə susmaq daha yaxşıdır.
O dəqiqləşdirib ki, onun məsləhəti ilə müğənni nə uşaqları, nə də böyük nəvələri ilə ünsiyyət saxlayır. Baretski əlavə edib ki, müğənninin qohumları ulduz cütlüyün boşanmasının əleyhinədirlər.
Mənbə: News.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
oxu.az

10Mənbələr