AZ

Kürdəmirdə avtomobil yol kənarındakı arakəsməyə çırpıldı - 18 yaşlı qız yaralandı - FOTO

Kürdəmirdə yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ”HYUNDAİ” markalı avtomaşının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. 

Qəza zamanı avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Rüstəmli Fəridə Xəyyam qızı xəsarət alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.














Bizim.Media, Aran bürosu

Seçilən
93
12
bizim.media

9Mənbələr