AZ

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 67% artıb

Ötən ay "Bakı Metropoliteni" QSC-də QR bilet istifadəçilərin sayı may ayının (447 min 237 sərnişin) göstəriciləri ilə müqayisədə 66,6 % artaraq 745 min 138 sərnişin təşkil edib.

Bu barədə  qurumdan bildirilib.

    Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı ay ərzində ilk dəfə 20 min həddini keçib - 24 min 838 sərnişin. Ay ərzində ən çox sərnişin iyun ayının 28-də qeydə alınıb və bir gün üçün 38 min 890 nəfər təşkil edib. Qeyd edək ki, may ərzində rekord göstərici 22 min 55 sərnişin olub. Ümumiyyətlə, iyun ayının 14-dən sonra iş günlərində QR bilet istifadəçilərinin sayı günbəgün artmaqla, 30 min sərnişindən çox olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Seçilən
    54
    44
    banco.az

    10Mənbələr