AZ

Naxçıvanda aktiv POS-terminalların sayı 3,6 dəfə artıb

Naxçıvanda

Naxçıvan, 17 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 1 iyul tarixinə aktiv POS-terminalların sayı 1960 ədəd olub.

Muxtar respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur.

Cari ilin yanvar-may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çox deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
44
azertag.az

10Mənbələr