AZ

Gürcüstanda hərbi təyyarə  QƏZAYA UĞRADI - Ölən var

Gürcüstan Müdafiə Nazirliyi Su-25 təyyarəsinin qəzaya uğraması və pilotun həlak olması barədə məlumat yayıb.

Musavat.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qəza planlı təlim zamanı baş verib.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl ölkə mediası hərbi helikopterin qəzaya uğraması haqqında məlumat yamışdı.

***

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. 

Hadisə Bolnisi bələdiyyəsinin Disveli kəndi yaxınlığında baş verib.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Musavat.com

Seçilən
80
1
musavat.com

10Mənbələr