AZ

Hərbi təyyarə qəzaya uğradı - ölən var - YENİLƏNİB

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

***

14:44

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Təyyarə Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndində qəzaya uğrayıb. Qəza nəticəsində bir pilot həlak olub.

Digər təfərrüatlar hələlik məlum deyil.

Seçilən
87
13
bakivaxti.az

10Mənbələr