AZ

DünyaGürcüstanda hərbi təyyarə qəzaya uğrayıb, ölən var

SİZİN REKLAM BURADA!055 213 76 73

Gürcüstanın şərqində hərbi təyyarə qəzaya uğrayıb. Nəticədə pilot həyatını itirib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

BAKU.WS

Seçilən
64
14
far.az

10Mənbələr