AZ

Rusiya Estoniyaya etiraz notası göndərib

 

Rusiyanın Tallinndəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə  etiraz notası göndərib. 

Missiya.Az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, Estoniya sovet əsgərlərinin dəfn yerlərinin respublikaya köçürülməsini dayandırmağa çağırılıb.

“Biz səfirlikdən Estoniya Xarici İşlər Nazirliyinə nota göndərmişik ki, küfr əməllərini dayandırsınlar, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına yönəlmiş sovet hərbi xatirə irsi obyektlərinin məhv edilməsi üzrə əxlaqsız kampaniyanı dayandırsınlar",-deyə bildirilib.

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
16
7
missiya.az

10Mənbələr